axin.az

SON DƏQİQƏ

Ekspert: “Müharibə Azərbaycan ordusunun və xalqının intellektual potensialını göstərdi”

8-10-2021, 14:30



“İkinci Qarabağ müharibəsində qələbə Azərbaycanın imicini dəyişdi. Rəsmi Bakı müasir, savadlı və Cənubi Qafqazda ən güclü oyunçu olduğunu bütün dünyaya nümayiş etdirdi”.

Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel bildirib.

“Bu, Vətən müharibəsində böyük qələbə idi. Bu, bəşər tarixində ən müasir müharibə idi. Bu müasirlik təkcə zaman baxımından deyil, həm də istifadə edilən texnologiyalara görə idi”, - ekspert deyib.

Onun sözlərinə görə, Azərbaycan döyüşmək bacarığını, supermüasir ordusunu, ən son hərbi texnika üzrə təlim keçmiş yeni nəsil mütəxəssislərini, mühəndislərini, zabitlərini, elit xüsusi təyinatlı hərbçilərini nümayiş etdirdi:

“Buna, ölkənin resurslarından düzgün istifadə etmək, dünyada ən yaxşı silahlanmaya və ölkənin ən əsas resursu olan gənc nəslə investisiya etmək deyirlər. Bu, ilk növbədə “beyni” ilə döyüşən elit ordudur. Azərbaycan ordusunun və xalqının intellektual potensialı burada görsəndi. Nəticədə Azərbaycan ordusu rəqibinə blits-mat verdi”.

Ekspert qeyd edib ki, bu qələbədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev böyük və birinci dərəcəli rol oynadı:

“Hər şey onun ilk növbədə ordunun müasirləşdirilməsi və yeni silahların alınması ilə bağlı strateji və taktiki qərarlarından asılı idi. Prezident İlham Əliyev özünü virtuoz və dahi diplomat kimi göstərdi. Hərbi əməliyyatlar hər zaman pərdəarxası, “bağlı qapılar arxasında” aparılan, çox mürəkkəb və yorucu danışıqlarla müşayiət olunur. Bu danışıqları məhz Prezident İlham Əliyev aparırdı”.

M.Finkel əlavə edib ki, bu mürəkkəb partiyanı qazanmaq heç də asan olmadı, axı söhbət təkcə Ermənistan və onun separatçıları ilə məhdudlaşmır:

“Burada çətin, qüdrətli və vacib qonşu olan Rusiyanı qeyd etmək lazımdır. Həmçinin İran da böyük, güclü və çətin ölkədir. Şübhəsiz ki, qələbə Azərbaycanın imicini dəyişdi və onun müasir, savadlı və Cənubi Qafqazda ən güclü oyunçu olduğunu bütün dünyaya nümayiş etdirdi”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA