axin.az

SON DƏQİQƏ

Bakıda sığınacağa atılan iki bacının dialoqu: “Atamdan çox küsmüşəm”

8-10-2021, 14:21



Bakıda yerləşən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına iki azyaşlı qız gətirilib.

Bu barədə İctimai Birliyin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

O bildirib ki, sığınacağa gətirilən qızlar bacıdır.

“Sığınacağa gətirilən iki bacının diaqloqu diqqətimi çəkdi. Bacılardan balacası böyüyünə deyir ki, “hamınızdan küsmüşəm”. Bacısı soruşur ki “niyə?” O da deyir ki, “səndən çox yox, ən çox atamdan küsmüşəm...”

Qeyd edim ki, uşaqların analarının onları tərk etdiyi bildirilir. Ataları isə fəhlə işlədiyi üçün uşaqlara baxmağa çətinlik çəkir. Bu səbəbdən də onları sığınacağa yerləşdirib”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA