axin.az

SON DƏQİQƏ

Türkiyədə eyvanından toyu izləyən Aysel güllə ilə vurularaq öldürüldü - FOTO

21-08-2021, 15:27



Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, ötən gün gecə saatlarında İstanbulun Esenyurt bölgəsində toy məclisi keçirilib. Məhəllədə baş tutan toyda əvvəl iki qrup arasında mübahisə yaranıb. Daha sonra böyüyən mübahisə davaya çevrilib.

Hər iki tərəf bir-birinə silahla hücum edib. Evinin eyvanından toyu izləyən Aysel Akkale adlı qadın silahdan açılan atəşin qurbanı olub. Dava edən qrupu ayırmağa çalışan Özgür Çartepe isə hər iki ayağından vurularaq güllə yarası alıb.

Baş verənlər telefonların kameraları vasitəsilə anbaan görüntülənib. Daha sonra hadisə yerinə polis və təcili yardım çağırılıb. Ətrafdakı insanların köməyi ilə yaralılar xəstəxanaya aparılıb.

Öz evinin eyvanında ehtiyatsızlıqdan silahla vurulan 54 yaşlı Ayselin həyatını xilas etmək mümkün olmayıb. O vəfat edib.

Ayağından yaralanan Özgürün isə müalicəsi davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA