axin.az

SON DƏQİQƏ

Əfqanıstanda yüzdən çox dinc sakin evində qətlə yetirilib

23-07-2021, 11:56



Əfqanıstanın Qəndəhar vilayətinin Spin Boldak rayonu “Taliban” radikal qruplaşmasının nəzarətinə keçdikdən sonra yüzdən çox vətəndaş naməlum şəxslər tərəfindən öldürülüb.

Bu barədə “Tolo News” xəbər verib.

Bildirilir ki, Əfqanıstan hökuməti dinc sakinlərin qətlində talibləri ittiham edir.

“Qəddar terrorçular Pəncabdakı (Pakistan) başçılarının əmri ilə Spin Boldakın bəzi bölgələrində günahsız əfqanların evlərinə hücum edib yüzlərlə günahsız insanı öldürüb”, - deyə DİN-dən məlumat verilib.

Ancaq “Taliban” mülki şəxslərin qətllərində iştirakını inkar edir.

Qeyd edək ki, Pakistanla sərhəddəki Spin Boldak bölgəsi bundan əvvəl də “Taliban” tərəfindən ələ keçirilmiş, daha sonra isə yenidən hökumət qüvvələrinin nəzarətinə keçmişdir. Pakistan-Əfqanıstan sərhədində yerləşən Spin-Boldak ticarət baxımından strateji bir mövqeyə sahibdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA