axin.az

SON DƏQİQƏ

Azərbaycanda hərbi maşın qəzaya düşdü: 15 hərbçi yaralandı

17-07-2021, 17:02



Göygöl rayonunda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Axın.az-ın məlumatına görə, hadisə Aşıqlı kəndi ərazisində baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, DQ-ya məxsus “Ural” markalı avtomobil aşıb:
“Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan ambulator yardım göstərilib. Digər üç nəfər hospitala yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır. Hadisə zamanı ölən olmayıb”.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Temmuz 2021    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA