Salyan Rayon Prokurorluğu məlumat yayıb.
İyunun 27-i saat 10 radələrində 1982-ci il təvəllüdlü Nuranə Əliyevanın Salyan rayonu Yenikənd kəndi ərazisində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Salyan Rayon Prokurorluğundan bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1972-ci il təvəllüdlü Ənvər İsbəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuranə Əliyevaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ənvər İsbəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
11:44
Salyan rayonunda qətl hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, ailə münaqişə zəmnində kənd saini, 1972-ci il təvəllüdlü İsbəndərov Ənvər Həbibulla oğlu həyat yoldaşı, 1982-ci il təvəllüdlü İsgəndərova Nuranə Eminəli qızını bıçaqla vuraraq qətlə yetirib.
İlkin məlumata görə, hadisəni törədəndən sonra Ə.İsgəndərov könüllü olaraq polisə təslim olub.
Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.