Formula 1 üzrə Azərbaycan Qran Prisinin lideri olan “Red Bull”un pilotu Maks Verstapen gözlənilmədən qəza edib.
Axin.az - ın xəbərinə görə, o, 47-ci dövrədə bolidində yaranan problem üzündən sükanın idarəetməsini itirib və sağ təkərinin maneəyə toxunması səbəbindən yarışdan kənarda qalıb. Qeyd edək ki, bu, yarışla erkən vidalaşan üçüncü pilotdur.