axin.az

SON DƏQİQƏ

Bakıda yarım kiloqram narkotiki satmaq istəyən ələ keçdi - FOTO/VİDEO

17-05-2021, 17:05

[center][/center

Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Arif Muradlı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onun üzərinə baxış zamanı çəkisi 508 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, Arif Muradlı heroini şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən satmaq məqsədi ilə alıb. Saxlanılan şəxs barəsində 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Arif Muradlı barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Temmuz 2021    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA