SON DƏQİQƏ! Azərbaycana ağır itki baş verdi: Məşhur generalımız vəfat etdi

Hadisə
13 Mayıs 2021
14:15


Görkəmli hərbi və dövlət xadimi, Böyük Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov vəfat edib.

AXİN.AZ-ınxəbərinə görə, o, 98 yaşında dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi T.Ağahüseynovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, T.Ağahüseynov 1923-cü il fevralın 1-i Şəkidə anadan olub. İkinci Dünya Müharibəsində iştirak edib.

O, 1997-ci ilin aprelin 17-dən 2002-ci ilin aprelin 2-dək Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi, sonrakı dönəmlərdə müxtəlif vəzifələrdə çalışıb.

T.Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır.

Allah rəhmət eləsin!