"Real" Mendini itirdi

Hadisə / İdman / Maraqlı
11 Mayıs 2021
20:00


"Real"ın futbolçusu Ferlan Mendi zədələnib.

AXİN.AZ "Marca"ya istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin ayaq sümüyündə və oynaqlarında problem aşkarlanıb. Buna görə də Mendi mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. Onun Avro-2020-də iştirakı da şübhə altındadır.

Qeyd edək ki, "Kral klubu"nun oyunçularından Serxio Ramos və Rafael Varan da zədəlidirlər.