Renault-un Daimler-dəki payını satmasının ardından Nissan Motor şirkəti də Daimler-də sahib olduğu bütün payını satıb.
Marja xəbər verir ki, Daimler-də 16,4 milyon səhmə sahib olan Nissan Motor, bu səhmləri biri 69,85 avro qiymət ilə cəmi 1,15 milyard avro qarşılığında satıb.
Nissan, Daimler səhmlərinin satışından gələn gəliri rəqabət gücünü artırmaq, elektromobil sərmayələrini dəstəkləmək üçün istifadə edəcək.
Fransanın avtomobil istehsalçısı Renault SA tərəfindən verilən açıqlamada, səhm satışından 1,2 milyard avro gözlənildiyi qeyd edilmiş, səhmlərin satılmış olmasının Daimler ilə sektorda ortaqlıqların, iş birliklərinin dəyişməyəcəyi bildirilmişdi.
Renault, 2020-ci ili 8 milyard avro zərər və 3,6 milyard avro xalis borcla bağlayıb.