Yeni Vergi Məcəlləsinin qəbulu təklif olunur
Azərbaycanda yeni Vergi Məcəlləsinin qəbulu təklif edilir.
AXİN.AZ xəbər verir ki, bu təklifə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxış edib.
O bildirib ki, yeni qanun layihəsi hamının başa düşəcəyi dildə yazılmalıdır.
Deputat həmçinin qeyd edib ki, bank faizlərinin dərəcələri yüksəkdir: "Hesab edirəm ki, bununla bağlı bank rəhbərləri ilə birlikdə dinləmə keçirilməlidir".