DİQQƏT! Bu insanlar mütləq peyvənd olunmalıdır

Hadisə
4 Mayıs 2021
13:40


“Ürək-damar xəstələri koronavirusa qarşı peyvənd mütləq şəkildə edilməlidir. Çünki COVID-19 ürək-damar xəstəlikləri, xroniki tənəffüs yolları xəstəlikləri, endokrin xəstəlikləri olan insanlar arasında, eləcə də yaşlı insanlar arasında ölüm hallarını artıran bir xəstəlikdir”.

AXİN.AZ Səhiyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, bu barədə qurumun baş kardioloqu Yusif Nağıyev məlumat verib.

Onun sözlərinə görə, ürək-damar sistemi xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərin olması, koronavirusa qarşı peyvənd üçün əks göstəriş deyil:

“Gənclər ilk növbədə yaşlı insanları qorumaq üçün peyvənd olunmalıdır. İnfeksiyanın daha çox yayılaraq risk qrupuna aid olan insanlara təhlükə yaratmaması üçün bu vacibdir”.
11.05.2021
20:00
"Real" Mendini itirdi