Azərbaycanda məhkəmələrdə baxılan işlərin sayı açıqlanıb

Hadisə
3 Mayıs 2021
23:10



2020-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 74,0 min işə baxılıb ki, bu da 2019-cu ilin göstəricisindən 16,8 faiz çoxdur.

AXİN.AZ Dövət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin işlərin 36,7 faizi idarəçilik qaydaları, 28,3 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 5,2 faizi yol hərəkəti qaydaları, 3,5 faizi sağlamlıq, 3,3 faizi mülkiyyət, 0,7 faizi gömrük qaydaları, 0,5 faizi iqtisadi fəaliyyət qaydaları əleyhinə olan, 2,7 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qalanları isə digər inzibati xətalarla bağlı olub.

2020-ci ildə baxılmış işlərin 74,0 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 18,4 faizinin icraatına xitam verilib, 6,6 faizi üzrə inzibati xəta törətmiş şəxslərə dair materiallar əlavə yoxlanış üçün qaytarılıb, 1,0 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.
11.05.2021
20:00
"Real" Mendini itirdi