Cənubi Koreya amfibiya hücumu və yaxın hava dəstəyi üçün ölkə daxilində hücum helikopterləri istehsal etmək niyyətindədir. Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə tədarük agentliyi məlumat yayıb.
Bildirilir ki, helikopterlər Cənubi Koreyanın “Korea Aerospace Industries” şirkəti tərəfindən istehsal ediləcək. İlkin mərhələdə 24 helikopterin istehsal edilməsi nəzərdə tutulur.
Helikopterlərin 2031-ci ilədək Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə çatdırılması gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Cənubi Koreyanın xarici ölkədən helikopter alacağı barədə məlumatlar yayılmışdı. Xarici təkliflər arasında “Bell”, “Boeing”, “Sikorsky” və TUSAŞ şirkətlərinin istehsal etdiyi helikopterlər var idi.