Rayonlarda şəhidlərə Xatirə muzeyləri qurulsun - TƏKLİF

Hadisə
3 Mayıs 2021
21:00


30 ilə yaxın işğal altında qalan topaqlarımızın azad olunması uğrunda neçə-neçə igidlərimiz canlarından keçiblər. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində minlərlə oğullarımız qəhrəmanlıq salnamaməsi yazdılar.

Onların bizim üçün etdiklərini heç vaxt unutmamalıyıq. Bunun üçün ən gözəl addım qəhrəmanlara evmuzeylərinin yaradılmasıdır.

Mövzu barədə Modern.az-a danışan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Bakı şəhərində Zəfər muzeyinin yaradılacağını xatırladıb:

“O muzeydə Qarabağın azadlığı və dövlətimizin müstəqilliyi uğunda şəhid olan bütün qəhrəmanlarımızın döyüş yolu əks olunacaq. Zəfər muzeyi Bakıda mərkəzi muzey olaraq fəaliyyət göstərəcək. İşğaldan azad olunmuş ərazilərimizlə yanaşı, digər rayoların da hər birində qəhrəmanın döyüş yolunu əks etdirən xatirə muzeyi təşkil olunmalıdır. Hər bir rayonda Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş kifayət qədər qəhrəmanımız var. Xatirə muzeylərinin yaradılması şəhidlərin ailələrinə, valideynlərinə ən böyük təskinlik olar”.


S.Orucovanın sözlərinə görə, məktəbə gedən hər bir uşaq həmin muzeyi ziyarət edib qəhrəmanları tanımalıdır:

“O muzey çox yaxşı şəraitdə daim fəaliyyət göstərməlidir. Bu fərdi şəkildə, kortəbii təşkil olunmalı deyil. Hər rayonda mərkəzləşdirilmiş qaydada Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, o rayonun qəhrəmanlarını tanıdan mərkəzi muzey yaradılmalıdır. Və orada onlar haqqında əşyalar, kitablar, brojürlər nümayiş olunmalıdır. Orada əyani tarix dərsləri də keçirə bilərik.

Bakıda yaradılan muzeyi hamı gedib ziyarət edə bilmir. Lakin rayon üzrə olsa, biz onun tanınmasını təşkil edə bilərik. İşğaldan azad olunmuş bölgələrdə həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinə yəqin ki, gələcəkdə böyük abidələr qurulacaq”.
11.05.2021
20:00
"Real" Mendini itirdi