“KİV-lərin məlumatına görə, Nikol Paşinyan son anda gecə ilə Kotayk vilayətinə getmək əvəzinə Sünik vilayətinə getmək qərarına gəlib. Paşinyan onu hansı qəbul gözlədiyini dəqiq bilirdi. Əlbəttə, bu, ölkə rəhbərinin hansısa vilayətə getməməsi üçün səbəb deyil”. Ordu.az xəbər verir ki, bu barədə “Lragir.am” nəşrində dərc olunan məqalədə bildirilib.
Nəşr yazır ki, burada problem səfər günlərində böyük informasiya qalmaqalı ilə sürətli şəkildə partlamış siyasi fondur.
“Mümkündür ki, prezident Armen Sarkisyanın Sünikdə lazımi şəkildə qəbul edilməsi, vəziyyətin təqdim olunması və prezident administrasiyası ilə birbaşa əlaqə təklif edilməsi ilə bağlı Paşinyanda qısqanclıq yaranıb. Lakin, səfərdən əvvəl prezidentin süniklilərdən “icazə götürməsi” barədə maraqlı məlumat olub”, - deyə məqalədə bildirilib.
Müəllifin sözlərinə görə, Sünik vilayətinin icma rəisləri noyabrın 9-dan sonra güclü müxalif mövqe tutublar, lakin problem sırf siyasi mövqe deyil, mərkəzi hakimiyyətin səriştəsizliyi və İrəvanın siyasi sinfinin qeyri-adekvatlığı fonunda dərinləşən etibarsızlıq, psixoloji və başqa xarakterli “yadlaşma” prosesi var.
“Erməni KİV-lərində ətraflı şəkildə işıqlandırılmış dünənki hadisələr bu halı daha da vurğulayır”, - deyə müəllif bildirib.