AXİN.AZ-ın verdiyi xəbərə görə, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Liviya səfəri ilə əlaqədar iclas keçirib.
İclasdan sonra yazılı açıqlama verilib.
Yazılı açıqlamada diqqət çəkən hissə belədir:
"Liviya rəsmiləri ilə misirli diplomatların ən qısa müddətdə paytaxt Tripoli və Benqaziyə qayıtmaqları üçün bir müqavilə imzalandı. Misirli işçilərin Liviyaya qayıtmasını və iki ölkə arasında keçidi asanlaşdırmaq üçün lazımi addımlar atıldı".
Məlum olduğu kimi Misir Baş Naziri Mustafa Madbuli və 11 nazirdən ibarət Misir nümayəndə heyəti 20 apreldə Liviyanın paytaxtı Tripoliyə rəsmi səfəri zamanı Liviyanın Baş Naziri Əbdülhəmid əd-Dibəybə ilə görüşmüşdü.