"Ölkə.Az" xəbər verir ki, onun müraciətinə Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
İş üzrə məhkəmə baxış iclası iyunun 17-nə təyin olunub.
Qeyd edək ki, E.Abbasov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 150.1 ( Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə), 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 149.2.5 (149.2.4-cü maddələrdəki əməllər təkrar törədildikdə), 157.1 (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 181.1-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddələri ilə təqsirli bilinib.
E.Abbasov Şəmkir şəhər sakini olan A.İ adlı qadının evinə zorla daxil olaraq ona qarşı ağır dərəcəli seksual xarakterli cinayətlər, eləcə də quldurluq əməli törədib. O, qadını dəfələrlə zorlayıb və törətdiyi əməli heç kimə deməməsi məqsədilə onu ölümlə hədələyib.