Şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi cinayət kollegiyası araşdırır
Kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Taleh Cəlalov, İmran Bəbirov, Vüsal Hüseynov və qardaşı Səxavət Hüseynovun barələrindəki hökmdən apellyasiya şikayəti verilib.
Qazet.az xəbər verir ki, şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi cinayət kollegiyası araşdırır.
Qeyd edək ki, hadisə ötən il Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində, “Favorit” supermarketinin yanında qeydə alınıb. 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid “Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib. Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıblar.