Nişan mərasimi keçirənlərə protokol tərtib olundu

Hadisə
13 Nis 2021
17:55


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Katex kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Akif Osmanovun qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən ev sahibi və mərasim iştiakçıları barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
11.05.2021
20:00
"Real" Mendini itirdi