Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb

Hadisə / Dünya
11 Nis 2021
20:27


Gürcüstanda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb. Axin.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.

Baş epidemioloq vətəndaşları tətbiq olunan qaydalara riayət etməyə çağırıb.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda 288 min 396 nəfər koronavirusa yoluxub, 3877 pasiyent dünyasını dəyişib.
11.05.2021
20:00
"Real" Mendini itirdi