Məşhur yutuberin evinə polis basqın etdi

Hadisə
11 Nis 2021
18:21


Türkiyəli məşhur yutuber Enes Baturun evinə polis basqın edib.

AXIN.AZ xəbər verir ki, 23 yaşını qeyd edən fenomen Acarkentdə yerləşən villasında böyük məclis təşkil edib. 100 nəfərin qatıldığı qonaqlıqda karantin qaydaları pozulub. Məclis iştirakçıları sosial məsafə və maska kimi izolyasiya qaydalarına əməl etməyiblər.

Belə ki, gecə saatlarında başlayan qonaqlığa polis basqın edib. Bundan sonra iştirakçıların böyük əksəriyyəti evin arxa qapısından qaçıb.

Polis məclisdə qalanların hər birinə 3500 lirə (730 manat) dəyərində cərimə yazıb.
11.05.2021
20:00
"Real" Mendini itirdi