SON DƏQİQƏ: İrəvanda 19 yaşlı gənc güllələndi

Hadisə
11 Nis 2021
17:00


İrəvanda 19 yaşlı gənc odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Axin.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, hadisə bu gün gecə saatlarında baş verib. Abovyan tibb mərkəzinə odlu silahdan açılan atəş nəticəsində yaralanan bir nəfər vətəndaşın yerləşdirilməsilə bağlı polisə məlumat daxil olub.

İlkin tibbi yardım göstərildikdən sonra yaralı İrəvandakı xəstəxanalardan birinə aparılıb. Yaralının 19 yaşlı Armen Poqosyan adlı şəxs olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
11.05.2021
20:00
"Real" Mendini itirdi