Türkiyənin Kocaeli Universiteti Xəstəxanasının baş həkimi, professor Nuh Zafer Cantürk Ramazan ayında oruc tutmaq istəyən koronavirusa yoluxan insanların şiddətli öskürək və nəfəs almaqda çətinlik çəkdikləri halda dinin asanlaşdırıcı hökmlərindən faydalana biləcəklərini qeyd edib.
AXIN.AZ xəbər verir ki, professor sağlam fərdlərdə oruc tutmağın faydaları haqqında bir çox məlumatın olduğunu söyləyib.
Onun sözlərinə görə, pandemiyanın davam etdiyi müddətdə orucun digər vaxtlara bənzər şəkildə tutulmalı olduğu vacibdir: "Koronavirusa yoluxanları isə qruplaşdırmaq lazımdır. Hər kəsdə bu xəstəlik eyni səviyyədə deyil. Hər COVID-19-a yoluxana "oruc tutma" deyə bilmərik. Oruc tutma zamanı dinin güzəştə gedən müddəalarından istifadə etmək olar. Bu istiqamətdə yoluxan şəxsin həkiminin fikirlərini nəzərə almaq lazımdır. Əgər virusa yoluxan şəxslər sahur və iftarda maye qəbuluna diqqət etsələr və həddindən artıq çox yüklənmədən qidalanarlarsa, onlar üçün heç bir problem yaşanmaz. İnsanlar maye və qida istehlaklarını iftardan sahura qədər yaysalar, sağlam Ramazan keçirə biləcəklərini söyləyə bilərik".