Səhiyyə Nazirliyi bu aptekləri cərimələdi -

Hadisə
8 Nis 2021
16:51


"Zeytun Pharmaceuticals", "Buta Farm" və "Vita Aptekləri" MMC-yə cərimə yazılıb.Metbuat.az Report-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi hər üç aptekə İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərib edib.Protokollara Xəzər Rayon Məhkəməsində baxılacaq.
Bu inzibati xətaya görə, vəzifəli şəxslərə 500 manatdan 700 manatadək, hüquqi şəxslərə isə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.