Bakıda kafedə tanımadığı şəxsi bıçaqla öldürmək istəyən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən 1984-cü il təvəllüdlü Ələkbərov Natiq Həsənpaşa oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinən Natiq Ələkbərov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə Nəsimi rayonu, 3-cü mikrorayon Alı Mustafayev küçəsində yerləşən "Qalaaltı” kafesində baş vermişdi.
Quba rayon sakini Natiq Ələkbərov Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü İbrahimov Gəncağa Qələndər oğlunu bıçaqlamışdı.
Hadisənin baş verməsinə səbəb kimi bir-birini tanımayan bu şəxslər arasında kafedə işləyən qadına görə başlayan mübahisə göstərilir.