Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızının videosundan sonra yeni bir təxribat xarakterli görüntülər yayılacaq.
Bakupost.az xəbər verir ki, əvvəlki videonun yayıldığı səhifədə bu barədə anons yerləşdirilib. Bildirilib ki, AXCP –nin xanım funksinerlərindən biri barədə video yayımlanacaq. Belə bir videonun doğrudan da olub-olmaması bəlli deyil. Mümkündür ki, bu anonsun özü də təxribat olsun.
Qeyd edək ki, son günlər intim vdeoların yayılması, ölkədə ciddi bir gərginlik yaradıb. Aidiyyəti qurumlar bu videoları çəkənləri və yayanları axtardığqlarını bildirirlər.
Lakin hələlik heç bir nəticə yoxdu.