Güney Azərbaycanın Ərdəbil bölgəsində çörək qıtlığı yaranıb.
AXİN.AZ-ın İSNA xəbər agentliyinin verdiyi məlumatına görə,
Koronavirusa yoluxma halları artsa da, əhali çörək mağazalarının qarşısında uzun növbələrdə dayanmağa məcbur olub.
Qeyd edək ki, bayram tətili və un qıtlığı səbəbindən Ərdəbildə bir çox çörək istehsal edən müəssisələr bağlanıb.
Yerli əhali və kənardan gələn qonaqlar tətil günlərində fəaliyyət göstərən az sayda çörək mağazaları və sexlərinin qarşısında uzun növbəyə dayanmağa məcbur olublar.
Çörəkçilər bunu tələbatın çoxluğu və un çatışmazlığı ilə əlaqələndirirlər. Ancaq Ərdəbil əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının sədri Ramin Sadiqi bu iddianı təkzib edir.
Ərdəbil Çörəkçilər Birliyinin başçısı İsmayılzadə də çörək istehsalçılarını və əhalini yalan danışmaqda günahlandırıb.
O, bölgənin çörəklə təminatında ciddi problemin olmadığını bildirib. Ancaq hər iki məsul şəxs uzun növbələrin yaranma səbəbinə aydınlıq gətirməkdən yayınıb.
Qeyd edək ki, bu günə olan məlumata görə, Ərdəbil əyalətində koronavirusa yoluxmada yenə də artım qeydə alınıb.
Bölgədə koronavirusun Britaniya ştammına yoluxma sayı isə 20 nəfərə çatıb.
Məsul şəxslər əhalini karantin qaydalarına riayət etməyə səsləsələr də, ərzaq təminatı məsələsində heç bir əməli tədbir görmür. Nəticədə belə bir durum yaranır.