Gecədən əsən güclü külək Abşeron rayonu ərazisində bir sıra fəsadlar yaradıb.
Axın.az xəbər verir ki, güclü külək bu gün səhər saatlarında rayonun Saray qəsəbəsi sakinin evinin dam örtüyünü uçurub.
Dam örtüyünün ərazidən geçən elektrik enerjisi xəttinin üzərinə düşməsi nəticəsində qəsəbə ərazisinin bir hissəsində elektrik enerjisi verilişində fasiləyə səbəb olub, infrastruktura ciddi ziyan dəyib.
Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə “Azərişıq” ASC-nin əməkdaşları cəlb edilib.
“Azərişıq”dan bildirilib ki, istehlakçıların elektrik enerjisi ilə təchizatı ən qısa zamanda bərpa ediləcək.