Ötən gün bayram axşamında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 50 yanğına çıxış barədə çağırış daxil olub.
Axin.az FHN-in saytına istinadən xəbər verir ki, bundan başqa, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 1 nəqliyyat qəzası və 4 digər hallarda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 7 nəfər xilas edilib.