Salyan rayonunda gənc qadın intihar edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Boranıkənd sakini, 1986-cı il təvəllüdlü Şölə Təhmanib qızı İmanova özünü öldürüb.
O, yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.