Sabirabad rayonunun Qalağayın kəndində yanğın baş verib.
Bu barədə Fövqaladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 90 m² birmərtəbəli evin çardağı və tavanı 50 m² sahədə, içərisindəki əşyalar qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.