Ağcabədidə faciə: Traktorla yük maşını toqquşdu -Ölən var

Hadisə
20 Oca 2021
12:48



Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

Yenisabah.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, yanvarın 19-da saat 18 radələrində Ağcabədi şəhəri ərazisində Gəncə şəhər sakini N.Yusifovun idarə etdiyi “MAN” markalı yük avtomobili Bərdə rayon sakini Ə.Fətəliyevin idarə etdiyi “MTZ” markalı traktorla toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ə.Fətəliyev orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.