Türkiyədə qonşular arasındakı dava qanla bitib.
Bu barədə “Habertürk” məlumat yayıb.Bildirilib ki, mübahisəyə səbəb səs-küy olub.Belə ki, evindən səs-küy gəldiyi üçün onlara xəbərdarlığa gedən kişi, qonşusu ilə mübahisə etməyə başlayıb. Bu zaman o, belindəki silahla qonşusunu vuraraq hadisə yerindən qaçıb.Faktla bağlı polis araşdırmaya başlayıb.