Fransada göyərtəsində 6 nəfərin olduğu helikopter qəzaya uğrayıb.
"Oxu.az" xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şərqindəki Savoyya departamentində, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00) qeydə alınıb.
Qəza zamanı təyyarədə naviqasiya xidmətinin 4 əməkdaşı və 2 xilasedici olub. Qeyd edilir ki, insident Albervil yaxınlığında baş verib.