axin.az

SON DƏQİQƏ

Türkiyənin Hatay əyalətində terrorçular zərərsizləşdirilib

27-10-2020, 09:57

Türkiyənin Hatay əyalətində terrorçular zərərsizləşdirilibTürkiyənin təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqindəki Hatay əyalətinin İskəndərun şəhərində iki terrorçunu zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

"İskəndərunda iki terrorçu zərərsizləşdirilub, - nazir bildirib.

Daha əvvəl əyalətin qubernatoru Rahmi Doğan terrorçulardan birinin saxlanılması əməliyyatı zamanı partlayışın baş verdiyini bildirmişdi. O, terrorçunun zərərsizləşdirildiyini, əməliyyat zamanı insan itkisinin olmadığını qeyd etmişdi.

23:00
Türkiyənin Hatay əyalətinin İskəndərun şəhərində terrorçunun zərərsizləşdirilməsi zamanı partlayış olub.

"Report" xəbər verir ki, bu barədə əyalətin qubernatoru Rəhmi Doğan billdirib.

O, qeyd edib ki, terrorçu zərərsizləşdirilib, həlak olan yoxdur.

"İki terrorçunun izlənilməsi zamanı İskəndırunda partlayış olub. Heç kim həlak olmayıb. Terrorçulardan biri zərərsizləşdirilib. Əməliyyat davam edir", - o bildirib.

"Habertürk" isə bildirib ki, hadisə zamanı 3 nəfər yaralanıb. Onlardan biri polis əməkdaşıdır.

22:34
Türkiyədə partlayış olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, partlayış Hatayda, İskəndərun ərazisində qeydə alınıb. Hadisə yerinə çoxlu sayda polis, xilasedici və tibb işçisi cəlb edilib. Partlayış zamanı avtomobillərə, yaşayış binasına ziyan dəyib.

Ərazi mühasirəyə alınıb.

Hadisənin təfərrüatı açıqlanmır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aralık 2020    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
DÜNYA