Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Axin.az"in məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Novruzov Kamil Məhəmməd oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol qaşın əzilmiş yarası diaqnozu qoyulub.