Başqırdıstanın Timirovo kəndində yaşayış evində baş vermiş yanğın nəticəsində altı nəfər həlak olub.
TASS bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər yayıb.
Yanğın haqqında məlumat bu səhər yerli vaxtla 4:09-da daxil olub.
İlkin versiyaya görə, yanğın elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.