Tbilisidə qətldə ittiham olunan polis əməkdaşı saxlanılıb.
“axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.
İstintaqla müəyyən olunub ki, həmin şəxs ötən gün axşam saatlarında içkili vəziyyətdə Vaja Pşavela prospektndəki mənzilinin eyvanından silahdan atəş açıb. Güllə təsadüfən qonşu binada yaşayan qadına dəyib. Başından yara alan qadın hadisə yerində dünyasını dəyişib.
Polis əməkdaşının evində axtarış zamanı odlu silah və güllələr aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan qətl maddəsi üzrə cinayət işi açılıb, istintaq aparılır.