Bakı şəhərinin Qaradağ rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata görə, rayon ərazisində "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.