Bakıda 3 nəfərə qarşı dələduzluq edilib.
Bu barədə "Axin.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 29-dan martın 5-dək olan müddətdə paytaxt sakinləri olan 3 nəfərə qarşı dələduzluq etməkdə, habelə bir nəfərin 240 manat pulunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Səlimzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.