Lənkəran şəhər sakini itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə fevralın 10-da qeydə alınıb.
Belə ki, E.Səfərzadə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E.Səfərzadə Bakının Buzovna qəsəbəsində tapılaraq ailə üzvlərinə təhvil verilib.