Kürdəmir rayonunun Qağacılı kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 50 m² sahədə, dam örtüyü 80 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.