Daxili işlər orqanları tərəfindən naktotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən “Axin.az”a verilən məlumata görə, Abşeron rayonunun Məmmədli qəsəbəsində yaşayan A.Məhərrəmovun evindən 2 kiloqram marixuana aşkar edilərək götürülüb.
Kəpəz RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini T.Qoşqarov saxlanlıb. Şəxsi axtarış zamanı ondan 3 kiloqram 555 qram marixuana aşkar edilərək götürülüb.
Neftçala RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Yenikənd kənd sakini Z.Nağıyevdən isə şəxsi axtarış zamanı 445 qram marixuana aşkar edilərək götürülüb.