axin.az

SON DƏQİQƏ

Gürcüstanda azərbaycanlı qadın qətlə yetirildi

16-02-2020, 14:30

Gürcüstanda azərbaycanlı qadın qətlə yetirildiGürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində kişi keçmiş həyat yoldaşını qətlə yetirib.

"Axin.az"in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, 1986-cı il təvəllüdlü şəxs qısqanclıq zəminində 1996-cı il təvəllüdlü keçmiş həyat yoldaşına evində soyuq silahla ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Qadın aldığı yaralardan hadisə yerindəcə dünyasını dəyişib.

Qətli törədən şəxs hadisədən bir neçə saat sonra saxlanılıb. Polis onun cinayət əməlində istifadə etdiyi bıçağı maddi sübut kimi götürüb.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 13 ildən 17 ilədək həbs cəzası gözləyir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Kasım 2021    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA