Beş çağrış millət vəkili, 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadi Rəcəblinin Milli Məclisə deputat seçkisindən imtina etməsi ilə bağlı məlumat yayılıb.
İxa.az xəbər verir ki, bu barədə məlumat, sosial şəbəkədə ildırım surəti ilə yayılaraq müzakirələrə səbəb olub.
Bildirilib ki, Rəcəbli Hadi Musa oğlu, Milli Məclisə deputat seçkisindən imtina edib.
Qalmaqallarla yadda qalan millət vəkilinin geri addım atmasının səbəbi də sosial şəbəkədə tirajlanıb.
Qeyd edilib ki, "yuxarıların göstərişi belədi, necə məsləhətdir elə də olmalıdır " ifadələri yer alıb.