Daxili İşlər Nazirliyi İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, görüntülərdə “Mercedes” markalı avtomobilin hərəkətdə olan xidməti avtomobilin qarşısına çıxaraq qəza vəziyyəti yaratdığı əks olunub.