Ötən il oktyabr ayında İsrail iki fərqli ünvandan ciddi zərbə aldı. İlk zərbə “Həmas” terrorçularının məlum zərbəsiydi.
İkinci zərbə informatikdi. Zərbələr, sinxrondu. Sanki bir əməliyyatın iki fərqli qanadı, qoluydular. Təbiidi. Terror, iki seriyalıdı həmişə. Bombalar, mütləq informatik atəşlə əvəzlənməlidir. Davam etməlidir.
Axın.az Fransa mediasının flaqman gəmisi “Le Fiqaro” 2023-cü ilin 7 oktyabr tarixində, isti-isti, məhz bu ssenarini, serialı səhnələşdirdi.
“Jurnalist” Jorj Malbrüno yazırdı: “İsrailin alınmaz qala imici, birdəfəlik sarsılsdı bütün dünyada”.
Jorj Malbrünonun, Fransa mətbuatının Netanyahuya vurduğu bu zərbə cavabsız qala bilməzdi.
Fransa mətbuatı, Makron şəxsən özü, Netenyahuya alçaldıcı don geyindirmək istəyirdi o vaxt.
MƏXFİ DOSYE: Həmasın İsrailə zərbəsi yubiley hədiyyəsiydi. Düz 50 il öncə-Suriya ilə Misir, indi kimi məhz oktyabr ayında İsrailə hücum etmişdilər.
VACİB DETAL: Bu cür qanlı yubileyləri ancaq terrorçuların baş sifarişçiləri-supergüclər qeyd edir. İşarə, sözsüz, terrorçuların yox...sifarişçinindi.
Haşteq, kimindi? Deyimmi kimin? Terrorru, növbəti-bu dəfə informatsiya meydançalarına daşıyan pərdəarxası qüvvələrin.
*** Qanlı yubileyləri növbəti dəfə qeyd etmək kimə məxsusdu? Pərdəarxası, konspiroloji qüvvələrə ancaq. İz Fransa mətbuatına gedib orda itirsə... Demək əsl gizli sifarişçi də məhz ordadır. Netanyahunun cavabı da oxşarcasına-yubiley haşteqli oldu. Düz bir il sonrakı hərbi əməliyyatlarını o da informatik zərbəylə sinxronlaşdırdı. Həmin oktyabrda, həmin “Le Fiqaro” qəzetinə verdiyi müsahibəsində Makrona sarsıdıcı cavab zərbəsi endirdi. Fransa nazirlər kabinetinin qapalı müzakirələrinə öz münasibətini bildirdi. Aqilə, samballı analitiklərə bircə işarə bəsdi necə deyərlər. Qapalı müzakirələr öz şərhini verməklə, Netanyahu bir neçə məqsəd güdürdü:
1.Bir il əvvəlki “İsrail, alınmaz qala statusunu itirdi” iddiasını, ləkəsini üzərindən silirdi. 2.Əvəzində göstərirdi ki, Fransanın qapalı iclasları məhz özünün “alınmaz qala” statusunu itirib. 3.Netanyahu, Fransa ilə qarşıdurmasını həm də rəsmiləşdirirdi bu informarik kompromatla. 4.Göstəritrdi-“Fransanın adı əzbər anticasus qurğuları, mexanizmləri-yəni antiaudivizual cihazlar, İsrailinkiylə müqayisədə gücsüzdü. Dünənki gündü. Rəqabətdə, İsrail hərbi-kəşfiyyat sənayesinə uduzur. 5.Ən vacibi. Fransa oktyabrın əvvəlində, İsrail şirkətlərinə "Euronaval" hərbi sərgisində iştirakını qadağan etmişdi. Netanyahu casuslarının Fransa qapalı ərazilərinə “qızıl güvə” kimi sızması...hə...o sərgini də gözdən salırdı. 6.Fransaya qarşı İsrail kəşfiyyat ssenarisi çox peşəkardı. Əvvəla, sadəlövh ərəb şeyxləri, habelə digər alıcılara vaxt verir ki, sərgidəki Fransa anticasus, antidinləmə cihazların satın alsınlar. Pul transferləri başlanınca, İsrail kəşfiyyatı, daha doğrusu Netanyahu öz cavabını çox da gözlətdirmir. Fransa Nazirlər kabinetinin qapalı iclasını geniş müzakirəyə çıxardır. Nəticə, öldürücüdü. Paris sərgisindəki satış qəbzləri, anında öz dəyərindən bir neçə sıfır itirir. 7.ƏN VACİBİ: Netanyahu, Fransanın adıəzbər “Frenchelon” casus dinləmə projesini şübhə altına qoyur. 8.Fransa təhlükəsizlik qurumlarını aşağılayır. “DGSE, İsaril dinləmə böcəklərinə qarşı gücsüzdür?” mövzusu, sözsüz, xüsusi komissiya araşdırmalarıyla nəticələnəcək. Fransa güc strukturlarını iflic edəcək bir müddət. 9.Xatırladıram: Fransa, son müstəmləkə imperiyasıdır. “Frenchelon” dinləmə, müşahidə sisteminin stasionar nöqtələri isə məhz bu müstəmləkə ərazilərindədir. 10.Bir tərəfdən oradakı müqvimət iştirakçılarını qanuna zidd şəkildə güdürlər. Digər tərəfdən...