Acqarına limonlu su içəndə nə baş verir? Bu möcüzəni çox az adam bilir...
Gündəm
2-11-2024, 18:52
Limon, güclü C vitamini mənbəyi olaraq tanınır və limon istehlakı bədənə enerji verir. Metabolizmanın sürətlənməsinə də kömək edən limonlu suyu hər gün qəbul etdikdə bədəninizdə nə baş verir?
Axın.az xarici elmi mənbələrə istinadən bu sual ətrafında hazırlanan yazını təqdim edir.
Gündəlik həyatda ən çox istehlak edilən qidalardan biri olan limon, tərkibindəki C vitamini ilə bədən üçün bir çox fayda təmin edir.
Portağal, mandarin və digər sitrus meyvələri kimi daim yeyilməsə də, müsbət təsirləri ilə seçilir. İmmunitet sisteminin güclənməsinə kömək edən limon, dəri və saç sağlamlığını dəstəkləyici xüsusiyyəti ilə də tanınır.